Komandanı daşıyan təyyarə quş sürüsünə çırpıldı - FOTOLAR

Komandanı daşıyan təyyarə quş sürüsünə çırpıldı - FOTOLAR

Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Yuta Caz" xoşagəlməz hadisə ilə üzləşib.

Sport7.az xəbər verir ki, oyunçuları "Menfis Qrizzlis"lə oyuna aparan təyyarə bir müddət sonra quş sürüsünə tuş gəlib. Nəticədə mühərriklərindən biri yararsız vəziyyətə düşən "hava gəmisi" təcili hava limanına qayıdıb. Hadisə nəticəsində yaralanan olmayıb. Komanda daha sonra başqa bir təyyarə ilə yola düşüb.

"Yuta Caz"ın heyətində Türkiyə millisinin basketbolçusu Ersan İlyasova forma geyinir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR