Komitə nümayəndələri Şahdağda hazırlaşan idmançılarıla görüşdü

Komitə nümayəndələri Şahdağda hazırlaşan idmançılarıla görüşdü

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) Beynəlxalq əlaqələr və marketing şöbəsinin müdiri Rüfət Hacılı və Qış idman növlərinin koordinatoru Azər Tapdıqov Snoubord və Dağ xizəyi idman növləri üzrə keçirilən təlim-məşq toplantısının gedişatı ilə tanış olmaq üçün Şahdağ Turizm mərkəzində olublar.

Sport7.az xəbər verir ki, keçirilən təlim-məşq toplantısında paralimpiya komitəsinin Qış idman növlərinin baş məşqçisi Məhəmməd İsmayılov, snoubord idman növü üzrə idmançı Aytac Qasımova, dağ xizəyi idman növü üzrə Gülnar Rəhimova və Daşqın Abbasov iştirak edirlər.

Səfər zamanı "Şahdağ Turizm Mərkəzi”-QSC-nin sədri Rodderich Lefferlə görüş keçirilmişdi. Görüşdə MPK-nın Beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri R.Hacılı "Şahdağ Turizm Mərkəzi”-QSC-nin sədri Rodderich Lefferə Paralimpiya Komitəsinin idman növləri barədə məlumat vermiş və MPK tərəfindən onun rəhbərlik etdiyi mərkəzə göstərdiyi dəstəyə görə xüsusi mükafatı təqdim etmişdir. R.Hacılı bildirmişdir ki, Komitənin əsas məqsədi 2022-ci ildə Pekində keçiriləcək Qış Paralimpiya Oyunlarında ilk dəfə paralimpiya milli komandamızın iştirakıdır.

Leffer idmançılarımızın məşqlərini yaxından izlədiyini, Azərbaycanda paralimpiya qış idman növlərinin yeni yaranmasına baxmayaraq inkişafını yüksək qiymətləndirmiş, milli komandamıza dəstək etməyi davam edəcəyini və əməkdaşlığın daha geniş sahələri əhatə etməsinin vacibliyini bildirmişdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR