Konte:

Konte: "Hazırda "İnter"i "Yuventus"la müqayisə etmək düzgün deyil"

"İnter"in baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının 7-ci turu çərçivəsində "Yuventus"la oynanılan matçın yekunlarını dəyərləndirib:

"Yuventus" bizə hücüm gücünü göstərdi. Oyunçularım adına məyus deyiləm, çünki onlar bütün güclərini ortaya qoydular. Həmişə dediyim kimi, təcrübə və oyuna nəzarət baxımından bizim "Yuventus"a çatmağımıza hələ çox var. İnkişaf etməliyik və bu, qaçılmaz prosesdi. Amma indilik yolun başlanğıcındayıq.

Statistikaya baxdım və oyunun bərabər səviyyədə keçdiyini deyə bilərəm. Hər iki komandanın imkanları oldu, amma sonda təcrübə və keyfiyyət fərqi sözünü dedi.
 
Hazırda bizi "Yuventus"la müqayisə etmək düzgün deyil. Onlar başqa səviyyədədilər".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR