Seks manikenlərinə görə klub cərimələndi

Seks manikenlərinə görə klub cərimələndi

Cənubi Koreyanın K liqasının üzvü "Seul" koronavirusdan sonra azarkeşsiz başlayan mövsümdə qalmaqallı addımı ilə diqqət mərkəzinə düşmüşdü.
 
Sport7.az xəbər verir ki, tribunalara hava ilə doldurulan manikenlər yerləşdirən klub, sonradan həmin manikenlərin bəzilərinin cinsi ehtiyacları ödəmək üçün istehsal olunduğu üzə çıxdığından, üzr istəmək məcburiyyətində qalmışdı.
 
Ancaq üzr yetərli olmayıb və tribunalara seks manikenləri yerləşdirən klub 75 min avro məbləğində cərimələnib. Bununla belə klubun cərimə ilə canını qurtara bilməyəcəyi və Seul Bələdiyyəsinin də araşdırmalara başladığı bildirilib. Ölkə mətbuatında yazılan xəbərlərə görə komandanın ev oyunlarını keçirdiyi stadiondan istifadə etmək haqqı da ləğv oluna bilər.
 
Həmin qarşılaşmada "Seul" qəbul etdiyi "Qvanqju"nu 1:0 məğlubiyyətə uğradıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR