Koronavirus MLS-ə də gedib çatdı

Koronavirus MLS-ə də gedib çatdı

ABŞ-ın MLS liqasında çıxış edən "Nyu York Siti"nin əməkdaşlarının birində koronavirus aşkarlanıb. 
 
Sport7.az xəbər verir ki, klub əməkdaşlarının birində sözügedən infeksiya ilə bağlı testin nəticəsinin müsbət çıxdığı haqda məlumat yayıb. "Nyu York Siti"nin CEO-su Bred Sims klubun internet səıhifəsinə verdiyi açıqlamada "Bu müddət boyunca kluba tibbi tövsiyə və dəstəyini verən hər kəsə dərin təşəkkürümü bildirirəm. Klub olaraq bütün tövsiyələri yaxından təqib edirik və bütün önləyici tədbirləri görürük. Nə isə ki, xəstələnən əməkdaşımızın evdə olduğunu və yaşadıqlarından sonra özünü daha yaxşı hiss etdiyini söyləməkdən məmnunam" sözlərini deyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR