Koronavirus Rusiya futboluna da sıçradı

Koronavirus Rusiya futboluna da sıçradı

Rusiya "Lokomotiv"inin futbolçusu Cefferson Farfan koronavirusa yoluxub.

Sport7.az xəbər verir ki, bu barədə TASS-a Moskva təmsilçisinin direktorlar şurasının sədri Anatoli Meşeryakov açıqlama verib. O, perulu hücumçunun testinin müsbət nəticələndiyini və müalicə olunacağını bildirib.

Farfan Rusiya Premyer Liqasında koronavirusa yoluxan ilk futbolçudur. "Lokomotiv"də 2017-ci ildən çıxış edən 35 yaşlı oyunçu Rusiya çempionluğu və iki dəfə ölkə kubokunu qazanıb. Pandemiya başladıqdan sonra o, heç yerə getməyib.

Ötən gün Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR