Koronavirusa yoluxan Fatih Tərim:

Koronavirusa yoluxan Fatih Tərim: "Bu, bir imtahandı"

Koronavirusa yoluxduğu üçün hazırda karantində olan "Qalatasaray"ın baş məşqçisi Fatih Tərimin səhhəti ilə bağlı danışıb.

Sport7.az xəbər verir ki, bu haqda mütəxəssis tvitter hesabı üzərindən paylaşım edib.
 
Onun sözlərinə görə, "Gözəl və özəl duyğular içindəyəm. Hər duanı ürəyimdə hiss edirəm. Bu, hamımız üçün bir imtahandı. Gözəl diləklərinizlə qalib gələ biləcəyimiz bir imtahandı. Yaxşıyam. İnşallah, daha da yaxşı olacağam. Hər birinizə ürəkdən təşəkkür edirəm". 
 
Qeyd edək ki, 23 mart tarixində Fatih Tərim koronavirusa yoluxması barədə məlumatı da tvitterdə yazmışdı: "Bugünkü testlərimin nəticəsi müsbət oldu. Narahat olmayın, xəstəxanada etibarlı əllərdəyəm. Tezliklə görüşərik".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR