Kosovo Rusiya ilə eyni qrupa salınmayacaq - UEFA-nın qərarı

Kosovo Rusiya ilə eyni qrupa salınmayacaq - UEFA-nın qərarı

UEFA özünün təşkil etdiyi turnirlərin püşakatmalarında Rusiya və Kosovo milli komandalarını eyni qrupa salmayacaq.


Sport7.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 

 

Qərar UEFA Fövqəladə Komissiyasının iclasında qəbul edilib.


Səbəb kimi iki ölkənin təmsilçiləri arasındakı oyunların keçirilməsi ilə bağlı təhlükəsizlik riskləri göstərilib.


2021-ci ildə keçiriləcək qadınlararası Avropa çempionatının seçmə mərhələsində Rusiya və Kosovo milliləri eyni qrupa düşüb. Həmin görüşlərin isə neytral meydanda olacağı vurğulanıb.


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR