Kostadan Mourinyoya qarşı hörmətsizlik - FOTO

Kostadan Mourinyoya qarşı hörmətsizlik - FOTO

İngiltərə Premyer Liqasının hesabat turunda Londonda keçirilən "Tottenhem" - "Çelsi" matçında maraqlı anlar yaşanıb. Sport7.az xəbər verir ki, "zadəganlar"ın futbolçusu Dieqo Kosta baş məşqçisi Joze Moruinyoya  əsəbləşib.

Belə ki, isinmə hərəkətləri edən və sonrasında oyuna daxil edilməyən Kosta özündən çıxıb. Forvard Mourinyonun 3-cü dəyişiklik etməsindən sonra əynindəki məşq etdiyi formanı baş məşqçisinə tərəf atıb.

Matçdan sonra açıqlama verən portuqaliyalı məşqçi məsələyə belə reaksiya bildirib: "Oyunçunun ehtiyat oyunçular skamyasında oturub, mahnı oxumasını gözləmirdim. Yüksək səviyyəli futbolçu ehtiyatda xoşbəxt ola bilməz. Əgər məni yaralamaq istəsəydi, bunu məşq forması ilə etməzdi".

Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR