Koutinyonun agenti:

Koutinyonun agenti: "Onun ürəyi hələ də "Liverpul"la döyünür"

Agent Kia Curabçian müştərisi Filippe Koutinyonun "Mançester Yunayted"ə transferinin ehtimal daxilində olmadığını bildirib:

"Mançester Yunayted" möhtəşəm klubdu. Orada oyunçularım var. Onlara böyük hörmətlə yanaşıram. Filippenin məsələsinə gəlincə isə onun "Mançester Yunayted"ə transferinin reallaşmaq ehtimalı, demək olar ki, yoxdu.

Filippe üçün "Liverpul"un əzəli rəqibinin formasını geyinmək çox çətin olar. O, kluba çox bağlı biridi. Koutinyonun orada gözəl illəri olub. Onun ürəyi hələ də "Liverpul"la döyünür.

Təbii ki, Koutinyo İngiltərə Premyer Liqasına qayıdası olsa, "Liverpul" formasını geyinmək istəyər. Ancaq hazırda bu barədə danışmaq çətindi. Hər şey onlardan asılıdı".

Koutinyo 2013-2018-ci illər aralığında "Liverpul"da çıxış edib. Daha sonra braziliyalı futbolçu 120 milyon avro qarşılığında Mersisayd klubunu "Barselona"ya dəyişib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR