"Kral" karyerasını başa vurdu

Fransa futbolunun canlı əfsanələrindən olan Tyerri Anri karyerasını rəsmən bitirdiyini açıqlayıb. 

Sport7.az xəbər verir ki, "Arsenal"da sərgilədiyi futbolla məşhurlaşmış 37 yaşlı forvard "facebook" hesabında bu barədə məlumat verib: "20 ildən sonra peşəkar futboldan getmək qərarına gəldim. Bu, inanılmaz səfər oldu. Fransa millisi, "Monako", "Yuventus", "Arsenal", "Barselona", "Nyu-York Red Bulls" klublarındakı yoldaşlarıma və bütün azarkeşlərə təşəkkür edirəm. İndi fərqli karyera yolu seçdim və şadam ki, Londona qayıdıb, "Sky Sports"a qoşulacağam. İllər ərzində öyrəndiklərimi, müşahidə və təcrübələrimi bölüşəcəyəm. Ümid edirəm ki, məni izləməkdən zövq almısınız. Televiziyada görüşmək ümidi ilə..."

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR