"Kriştianu Ronaldu tarixin ən yaxşı oyunçusudu"

"Yuventus"un hücumçusu Kriştianu Ronaldunun meneceri Jorje Mendeş müştərisinin tarixin ən yaxşı futbolçusu olduğunu düşünür.

Mendeş İtaliyada keçirilən "Gran Galà del Calcio" mükafatlarının təqdimetmə mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib: "Kriştianu Ronaldu tarixin ən yaxşı oyunçusudu və siz də bunu bilirsiniz".

Qeyd edək ki, ötən gün "Barselona"nın forvardı Lionel Messi "Qızıl top" mükafatına layiq görülmüşdü. Ronaldu isə sıralamada üçüncü olmuşdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR