Körrinin parketlərə qayıdışı gecikə bilər

Körrinin parketlərə qayıdışı gecikə bilər

"Qolden Steyt"in point-qardı Stefen Körrinin parketlərə qayıdışı gecikə bilər.

"Vorriorz"un baş məşqçisi Stiv Körrün sözlərinə görə, Körri yalnız tam hazır olduqdan sonra forma şansı əldə edəcək:

"Körri sadəcə 2 ikitərəfli oyunda iştirak edib. Məncə, bu, kifayət deyil. Görək, hadisələrin davamında nələr baş verəcək. Rəsmi qayıdış tarixi məlum deyil. Körri tam hazır olanda oynayacaq.

Stef bazar günü oynamaq barədə düşünür. Amma hamımız düzgün zamanın gəldiyini düşünəndə o, parketlərə qayıdacaq. Körrinin məşqlərdə daha çox oynamalı olduğuna inanıram. İndiki qrafiki nəzərə alsaq, bunun üçün lazımi qədər imkanımız yoxdu".

Daha əvvəl Körrinin bazar günü "Vaşinqton"la görüşdə oynaya biləcəyinə dair xəbərlər yayılmışdı. Qeyd edək ki, 31 yaşlı basketbolçu sol qolundakı zədə səbəbindən 4 aydı ki, parketlərdən uzaqdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR