Kubokun finalında 1600 manatlıq qırmızı vərəqə

Kubokun finalında 1600 manatlıq qırmızı vərəqə

AFFA-nın İntizam Komitəsi ölkə kubokunun "Qəbələ" - "Sumqayıt" finalı ilə bağlı iclas keçirib.
 
Sport7.az xəbər verir ki, görüşdə qaydaları pozanlar aşağıdakı şəkildə cəzalandırılıb.
 
19 may 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Azərbaycan kubokunun final oyunu olan "Qəbələ” – "Sumqayıt” matçında  "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).

Oyunun 90+5-ci dəqiqəsində "Sumqayıt” klubunun 7 №-li futbolçusu Cavid Tağıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 37.1).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR