Kunq-fu üzrə Bakı çempionatı keçiriləcək

Kunq-fu üzrə Bakı çempionatı keçiriləcək

Fevralın 23-də Hövsan Olimpiya İdman Kompleksində Xocalı soyqırımına həsr olunmuş yeniyetmələr, gənclər və böyüklər arasında kunq-fu idman növü üzrə Bakı çempionatı keçiriləcək.
 
Sport7.az xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Kunq-Fu Federasiyasının təşəbbüsü ilə keçiriləcək yarışa 25 komandadan 330 idmançı qatılacaq.

Yarışın qalibləri Baş İdarə və federasiya tərəfindən diplom və medallarla təltif olunacaqlar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR