Kurtua və Vinisius oynamayacaq

Kurtua və Vinisius oynamayacaq

"Real" La Liqanın 8-ci turu çərçivəsində "Qranada" ilə oynanılacaq matçın iştirak ərizəsini açıqlayıb.

Vinisius Junior, Lukas Vaskes, Mariano Dias və Braim Diasın adları siyahıya daxil edilməyib. Həmçinin qastroenterit diaqnozu qoyulan Tibo Kurtua da komandasına kömək edə bilməyəcək.

Marselo, Naço Fernandes və Ferland Mendi isə zədə səbəbindən oyunu buraxacaqlar.

"Real"ın iştirak ərizəsi:

Qapıçılar: Alfons Areolya, Dieqo Altube, Xavyer Belman;

Müdafiəçilər: Daniel Karvaxal, Eder Militao, Serxio Ramos, Rafael Varan, Alvaro Odriosola;

Yarımmüdafiəçilər: Kazemiro, Toni Kroos, Luka Modriç, Federiko Valverde, Hames Rodriqes, Qaret Beyl, İsko, Eden Azar, Rodriqo Qoes;

Hücumçular: Kərim Benzema, Luka Yoviç.


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR