Kvandju-2019: Dressel qızıl medalların sayını beşə çatdırdı

Kvandju-2019: Dressel qızıl medalların sayını beşə çatdırdı

Cənubi Koreyanın Kvandju şəhərində keçirilən Su İdman Növləri üzrə dünya çempionatında kişi üzgüçülərin mübarizəsində sərbəst üsulla 50 m. və baterflay üsülla 100 m. məsafə yarışlarında çempionlar müəyyənləşib.

Keyleb Dressel sürprizə imkan verməyib. Amerikalı üzgüçü sərbəst üsulla 50 m. məsafəni 21,04 saniyəyə üzərək dünya çempionu olub. Brunu Fratus (Braziliya) və Kristian Qkolomeyev (Yunanıstan) ikinciliyi bölüşüblər.

100 m. məsafəyə baterflay üsulu ilə üzmə yarışına da Dressel damğa vurub. 22 yaşlı üzgüçü Rusiya rekordunu yeniləyən Andrey Minakov və CAR təmsilçisi Çad le Klonu qabaqlayaraq Kvandjuda beşinci qızıl medalını qazanıb.


Su İdman növləri üzrə dünya çempionatı

Kvandju (Cənubi Koreya)

Kişilər

Sərbəst, 50 m.

1. Keyleb Dressel (ABŞ) - 21,04
2. Brunu Fratus (Braziliya) - 21,45
2. Kristian Qkolomeyev (Yunanıstan) - 21,45

Baterflay, 100 m.

1. Keyleb Dressel (ABŞ) - 49,66
2. Andrey Minakov (Rusiya) - 50,83
3. Çad le Klo (CAR) - 51,16

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR