La Liqa klubunda iki yoluxma halı aşkarlandı

La Liqa klubunda iki yoluxma halı aşkarlandı

"Valensiya"nın iki üzvü koronavirusa yoluxub. 

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. Futbolçular, məşqçilər və klubun digər işçiləri testdən keçib. Test nəticələri müsbət olan şəxslərin vəzifələri və adları açıqlanmayıb. Hər ikisinin təcrid olunduğu bildirilib.

"Valensiya" La Liqada 2019/2010 mövsümünü 53 xalla 9-cu pillədə başa vuran "Yarasalar" avrokuboklara vəsiqə qazana bilməyib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR