La Liqa klubunun yeni baş məşqçisinin adı açıqlandı

La Liqa klubunun yeni baş məşqçisinin adı açıqlandı

"Betis"in yaeni baş məşqçisi müəyyənləşib. 

Sport7.az xəbər verir ki, komanda təcrübəli mütəxəssis Manuel Pelleqriniyə tapşırılıb. Bu barədə klubun rəsmi saytı vasitəsilə məlumat verilib. 66 yaşlı mütəxəssis 2020/2021 mövsümündən işə başlayacaq. Pelleqrini ilə 2023-cü ilin iyununadək müqavilə bağlanılıb. 

Çilidən olan baş məşqçi əvvəllər İspaniyada Madrid "Real"ı, "Malaqa" və "Vilyarreal"a, İngiltərədə isə "Mançester Siti" və "Vest Hem"ə rəhbərlik edib. O, 2019-cu ilin dekabrından işsizdir.
 
Hazırda "Betis" 35 oyundan 41 xalla 13-cü pillədə qərarlaşıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR