La Liqa rəhbərliyindən təqvimlə bağlı qərar

La Liqa rəhbərliyindən təqvimlə bağlı qərar

İspaniya Futbol Federasiyası (RFEF) La Liqada cümə və bazar ertəsi günləri oyun keçirilməsinə icazə verib.

Sport7.az xəbər verir ki, koronavirus səbəbindən yarımçıq dayandırılmış çempionatı başa çatdırmaq məqsədilə federasiya rəhbərliyi belə addım atmaq qərarına gəlib.

Açıqlamada, La Liqa bərpa olunduğu vaxtdan cari mövsümün sonunadək qarşılaşmalar sözügedən günlərdə təşkil oluna biləcəyi deyilib.

İspaniya La Liqası iyunun 11-də bərpa olunacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR