La Liqada qalmaqal: 7 futbolçu oyun alqı-satqısında günahlandırılır

La Liqada qalmaqal: 7 futbolçu oyun alqı-satqısında günahlandırılır

İspaniya polisi La Liqanın sonuncu turu çərçivəsində keçirilən "Valyadolid" - "Valensiya" oyunu (0:2) ilə bağlı araşdırmaya başlayıb.

Son tur ərəfəsində "Valyadolid"in Primeroda qalacağı artıq dəqiqləşmişdi. "Valensiya" isə Çempionlar Liqasına vəsiqə əldə etmək üçün qələbə qazanmaq məcburiyyətində idi.

"Real"ın yetirməsi, "Sevilya"nın sabiq forvardı Karlos Aranda şübhəli qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Arandanın telefon danışıqları dinlənildikdən sonra "Valyadolid"in 7 futbolçusunun oyun alqı-satqısı prosesinə cəlb olunduğu ortaya çıxıb.

Oyunçuların "Valyadolid"in hər iki hissədə məğlubiyyətinə 10 min avro dəyərində pul qoyduğu və nəticədə 20 min avro qazandıqları iddia olunur. Qeyd edək ki, "Valensiya" sözügedən matçın 36 və 52-ci dəqiqələrində rəqib qapısına yol tapmışdı.

"Valensiya" və "Valyadolid" rəhbərliklərinin oyun alqı-satqısında iştirakına dair hələlik heç bir dəlil aşkarlanmayıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR