La Liqada yeni mövsümün başlayacağı tarix açıqlandı

La Liqada yeni mövsümün başlayacağı tarix açıqlandı

İspaniya La Liqasında 2020/2021 mövsümünün başlayacağı tarix açıqlanıb. 
 
Sport7.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 
 
Məsələ ilə bağlı nəşrə danışan La Liqa prezidenti Xavyer Tebas yeni mövsümə sentyabrın 12-də start verməyi planlaşdırdıqlarını söyləyib. 

O, mart ayında koronavirusa görə dayandırılan çempionatın iyunun 11-də bərpa olunacağını yenidən təsdiqləyib. 

Qeyd edək ki, La Liqada turnir cədvəlinə 58 xalla "Barselona" başçılıq edir, ikinci sıradakı 56 xalla "Real" qərarlaşıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR