Lebron Ceyms ardıcıl üçüncü tripl-dablını rəsmiləşdirdi

Lebron Ceyms ardıcıl üçüncü tripl-dablını rəsmiləşdirdi

"Leykers"in forvardı Lebron Ceyms "Çikaqo" ilə görüşdə tripl-dabl (30 xal, 11 assist, 10 ribaund) edib.

Bu, Ceymsin ardıcıl 3-cü tripl-dablıdı. O, Mecik Consondan sonra, ardıcıl 3 dəfə tripl-dabl edən ilk "Leykers" oyunçusudu. 

Həmçinin Lebron NBA tarixində sözügedən göstəriciyə nail olan ən yaşlı basketbolçudu (34 yaş və 310 gün). Daha əvvəl rekord Ceyson Kiddə (34 yaş və 291 gün) məxsus idi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR