Lebron Ceyms yeni mövsümdə də 23 nömrəli formanı geyinəcək

Lebron Ceyms yeni mövsümdə də 23 nömrəli formanı geyinəcək

"Leykers"in forvardı Lebron Ceyms növbəti mövsüm 23 nömrəli forma altında çıxış etməyə davam edəcək.

Entoni Deyvisin Los-Anceles klubuna keçidindən sonra Lebron jest edərək 23 nömrəli formanı yeni komanda yoldaşına hədiyyə etmişdi. O, "Mayami"də üstünlük verdiyi 6 nömrəyə yenidən qayıdacağını açıqlamışdı.

"Bleacher Report"-un məlumatına görə, Lebronun planı "Nike" tərəfindən qəbul olunmayıb. Şirkətin əvvəlcədən ulduz basketbolçunun adı yazılmış çoxlu sayda 23 nömrəli formanı satışa çıxarması və zərər etmə ehtimalı buna səbəb olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR