Lens Stivenson Çin klubu ilə anlaşıb

Lens Stivenson Çin klubu ilə anlaşıb

"Leykers"in sabiq oyunçusu Lens Stivenson karyerasını Çində davam etdirəcək.

"Sportando"nun məlumatına görə, Stivenson "Lyaonin" klubu ilə müqavilənin detallarını razılaşdırıb.

28 yaşlı basketbolçu NBA-da "İndiana", "Şarlott", "Klippers", "Memfis", "Nyu-Orlean", "Minnesota" və "Leykers" kimi klubların formasını geyinib. L. Stivenson 9 mövsüm ərzində 8,6 xal, 4,2 ribaund və 2,9 asist ortalamaları ilə yadda qalıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR