Leroy Corc:

Leroy Corc: "Düşünürəm ki, artıq hər şey bitib" - MÜSAHİBƏ

"Qarabağ”ın yarımmüdafiəçisi Leroy Corc Premyer Liqamızın 17-ci turunda "Xəzər Lənkəran” üzərində qələbə qazandıqları oyundan (3:2) sonra müsahibə

- Oyun haqında nə deyə bilərsən?
- Olduqca çətin qarşılaşma oldu. Oyun bizim üçün çox ağır keçdi. Matça başlayan kimi hesabı açmağımız ümidlərimizi artırdı və qələbəyə köklənə bildik. Amma sonradan kiçik səhv ucbatından rəqib komanda hesabı bərabərləşdirdi. Buna baxmayaraq biz hesabda geri düşdüyümüz zaman oyunda üstünlük əldə edə bildik. Xarakter nümayiş etdirib oyunu öz hesabımıza dəyişdik. Çox xoşbəxtik ki, bu gün qələbə qazandıq. Çünki bu qalibiyyət bizim üçün vacib idi.

- "Xəzər Lənkəran” necə rəqib idi sizin üçün?
- Fikirimcə, "Xəzər Lənkaran” çox yaxşı komandadır. Bü gün də bizə qarşı yaxşı mübarizə apardılar. Deyə bilərəm ki, bu gün şans da bizim tərəfimizdə idi. Əlimizə düşən fürsətlərdən çox yaxşı istifadə etdik və layiq olduğumuz üç xalı qazandıq. Düşünürəm ki, çox maraqlı oyun keçdi.

- Rəqib komandanın oyunçularlı iddia edirlər ki, bu gün "Qarabağ” üstün futbol oynamadı, onlar öz səhvəlindən məğlub oldular...
- Bizim vurduğumuz qollar göz qabağındadır. Oyuna baxanda görünür ki, biz öz yaxşı oyunumuz və bacarığımız sayəsində qol vurduq və qalib gəldik. Hamının səhvi ola bilər. Bu o demək deyil ki, onlar səhv etməsəydi biz qol vura bilməzdik. Rəqibin də vurduğu qollarda bizim səhvlərimiz oldu. Biz qələbə qazanmaq üçün meydanda həqiqətən də fədakarlıq göstərdik. Çox sevinirik ki, işimizin öhdəsindən layiqincə gəldik.

- İtaliya "İnter”i ilə Bakıdakı oyundan sonrakı pisxoloji gərginliyi ata bilmisiniz?
- Həmin oyundan sonra demək olar ki, bir neçə gün özümüzə gələ bilmirdik. Bu oyunun təsirindən çıxmaq çətin idi. Amma hər şeyi unutmaq lazımdır. Çünki bizim qarşıda vacib oyunlarımız var. Əsas olan bu oyunlara köklənib yaxşı nəticələr qazanmaqdır ki, uğurlarımızın davamı olsun.

- Siz Avropa Liqasında qrupdan çıxa bilməsəniz də hər kəs tərəfindən qalib kimi qarşılandınız. Bu amil sizə necə təsir etdi?
- Təbbi ki, hamı bizim oyunumuzdan məmnun qaldığı üçün bizi qalib kimi qarşılayır. Amma bu, nəticəni dəyişmir. Qalib gəlsək daha yaxşı olardı. Yenə də düşünürəm ki, artıq hər şey bitib. Biz növbəti ildə Avropada yenidən mübarizə aparmaq üçün hər şeyə daha yaxşı hazırlaşmalıyıq. İnanıram ki, daxili çempionatda gələcək oyunlarımızda yaxşı nəticələr əldə edib yenidən Avropada mübarizə aparacağıq. Qazandığımız uğurları yenidən təkrarlayacağımıza inanıram.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR