"Lester" tarixinin ən yaxşı göstəricisi

"Lester" İngiltərə Premyer Liqasının 16-cı turunda "Aston Villa"nı 4:1 hesabı ilə məğlub edib.

"Lester" PL-dəki qələbə seriyasını 8 oyuna çatdırıb. Bu, klub tarixinin ən yaxşı göstəricisidi. Sonuncu dəfə "tülkülər" oktyabrın 5-də "Liverpul"a uduzub.

Brendan Rocersin yetirmələri daha əvvəl "Börnli" (2:1), "Sauthempton" (9:0), "Kristal Pelas" (2:0), "Arsenal" (2:0), "Brayton" (2:0)", "Everton" (2:1) və "Votford"u (2:0) məğlub ediblər.

Aktivində 38 xalı olan "Lester" hazırda Premyer Liqada ikinci pillədə qərarlaşıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR