"Lester"in sabiq futbolçusu "Zirə"də

"Zirə" PFK yeni futbolçu ilə anlaşıb.
 
Sport7.az xəbər verir ki, klub Alie Sesayla müqavilə bağlayıb. 25 yaşlı sierra leoneli müdafiəçi ilə müqavilənin müddəti 1 il yarımdır.

London "Arsenal"ının yetirməsi olan Sesay daha əvvəl İngiltərənin "Lester", "Kolçester", "Kembric", "Barnet", İsveçin "Frey", Yunanıstanın "Kissamikos" və Bolqarıstanın "Arda" klubunda çıxış edib.
 
Futbolçu həmçinin Sierra Leone yığmasının da üzvüdür.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR