Lev Yaşin adına mükafata namizədlər müəyyənləşdi (FOTO)

Lev Yaşin adına mükafata namizədlər müəyyənləşdi (FOTO)

"France Football" jurnalı Lev Yaşin adına mükafata namizədləri açıqlayıb.

Mövsümün yekunlarına əsasən, Alisson ("Liverpul"), Manuel Noyer ("Bavariya"), Ederson ("Mançester Siti"), Andre Onana ("Ayaks"), Voyçex Şçensnı ("Yuventus"), Yan Oblak ("Atletiko"), Kepa Arrisabalaqa ("Çelsi"), Samir Handanoviç ("İnter"), Uqo Lyoris ("Tottenhem") və Mark-Andre ter Şteqen ("Barselona") ən yaxşı qapıçı olmaq uğrunda mübarizə aparacaqlar.

Mükafatlandırma mərasimi 2 dekabrda Parisdə keçiriləcək.

Qeyd edək ki, Lev Yaşin futbol tarixində "Qızıl top" mükafatına layiq görülən yeganə qapıçıdı.
 



Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR