Levandovski ilə Nazarov arasındakı fərq

Levandovski ilə Nazarov arasındakı fərq

AÇ-2016-nın seçmə mərhələsi başa çatdı. Sport7.az xəbər verir ki, Fransada keçiriləcək final mərhələsinə birbaşa qatılacaq komandaların adına aydınlıq gəlməklə yanaşı, ən məhsuldar futbolçunun kimliyi də bəlli olub.

Bu, Polşa millisinin forvardı Robert Levandovskidi. Onun aktivində 13 qol var. Polşa ilə eyni qrupda yer alan Almaniya millisinin hücumçusu isə 9 qolla ikinci pillədədi. Qonşu Rusiya yığmasının hücumçusu Artyom Zyuba və İsveç millisinin kapitanı Zlatan İbrahimoviç isə hərəyə 8 qolla 3-4-cü pilləni bölüşürürlər.

Xatırladaq ki, millimizin vurduğu 7 qoldan 3-nə imza atan Dmitri Nazarov isə 33-cü pillədədi.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR