"Leykers" Cared Dadli ilə müqavilə imzalayacaq

Cared Dadli karyerasını "Leykers"də davam etdirəcək.

ESPN-in insayderi Edrian Voynarovskinin məlumatına görə, Dadli 2,6 milyon dollar dəyərində olan 1 illik müqaviləni razılaşdırıb.

33 yaşlı basketbolçu son mövsümü "Bruklin"in heyətində keçirmişdi. O, əvvəlcədən "Leykers"də oynamaq istəyini dilə gətirmişdi.

Qeyd edək ki, Los-Anceles klubu hazırda Kavay Lenardın yekun cavabını gözləyir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR