"Leykers" Demarkus Kazınsla yollarını ayırır

"Leykers" Demarkus Kazınsla yollarını ayırmaq qərarına gəlib.

Bu barədə ESPN-in insayderi Edrian Voynarovski məlumat yayıb. "Leykers" Markiff Morrislə müqavilə imzalamaq üçün heyətdə yer açmaq niyyətindədi. Bu səbəbdən Los-Anceles rəhbərliyi Kazınsı komandadan göndərəcək.

29 yaşlı basketbolçu ötən yay "Leykers"ə qoşulsa da, çarpaz bağlarındakı zədə səbəbindən parketə çıxmayıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR