"Ləzginka"ya qulaq asıram, özümü toydakı kimi hiss edirəm - Rəsul Çunayev

Dünya çempionatının ikinci günündə Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində qızıl medal qazanan Rəsul Çunayev uğuru ilə bağlı maraqlı açıqlama verib.

Sport7.az sizə həmin açıqlamanı təqdim edir: "Rəqib güclü idi. Olimpiya 3-cüsü, Avropa və Dünya çempionudu. Onu ötən il Avropa Çempionatının yarımfinalında 9:0 hesabı ilə məğlub etmişdim. Final görüşündə isə məsuliyyət daha böyük idi. İlk hissədə çox xal qazanmaq istədim. Hesab 6:4 olanda raha idim. Bilirdim ki, rəqibim mənə heç nə edə bilməz. Düzü, yorulmamışdım. Hər görüşdə özümü daha da yaxşı hiss edirdim. Bura qızıl medal üçün gəlmişdim və buna da nail oldum. Yarışlarda olanda qulaqcıqla "ləzginka"ya qulaq asıram. Özümü toydakı kimi hiss edirəm. Adama öz həyəcanını boğması üçün musiqiyə qulaq asmalıdı. Bilirəm ki, rəqiblərim məndən çəkinir. Mən kimdən çəkinməliyəm?"   

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR