Lints (WTA): 15 yaşlı Koko Qauff çempion oldu

Lints (WTA): 15 yaşlı Koko Qauff çempion oldu

Avstriyanın Lints şəhərində keçirilən turnirə yekun vurulub.

Finalda Yelena Ostapenko və Koko Qauff qarşılaşıb. 1 saat 40 dəqiqə davam edən oyun amerikalı raketka ustasının qələbəsi ilə yekunlaşıb. 15 yaşlı Qauff son 15 il ərzində WTA turnirlərinin ən gənc qalibi kimi tarixə düşüb. Sonuncu dəfə 2004-cü ildə Nikol Vaydişova 15 yaşında ikən çempionluq yaşamışdı.


Upper Austria Ladies Linz (International)

Lints, Avstriya

Final

Koko Qauff (ABŞ) - Yelena Ostapenko (Latviya) - 2:1 (6:3, 1:6, 6:2)


Qeyd edək ki, Koko Qauff çempionluq sayəsində reytinq cədvəlində 71-ci pilləyə kimi irəliləyib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR