“Liverpul” çempionluğunu nə vaxt elan edə bilər?

“Liverpul” çempionluğunu nə vaxt elan edə bilər?

İngiltərə Premyer Liqasının bərpa tarixi müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, Premyer Liqa rəhbərliyinin bu gün keçirilən iclasında çempionatın 17 iyunda bərpa edilməsi qərara alınıb.
 
İlk olaraq, 28-ci turdan təxirə salınmış "Mançester Siti" - "Arsenal" və "Aston Villa" - "Şeffild Yunayted" görüşləri keçiriləcək. Beləliklə, bütün komandaların oyun sayı 29-a çatacaq.

Təxirə salınmış oyunda "şəhərlilər” "Arsenal”a uduzarsa və həftəsonu "Liverpul” "Everton”u məğlub edərsə, Yurgen Kloppun komandası 30 illik həsrəti bitirəcək. Hazırda "Liverpul” "Mançester Siti”ni 25 xal qabaqlayır.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR