"Liverpul" Ceydon Sanço uğrunda mübarizəyə qoşuldu

Dortmund "Borussiya"sının vinqeri Ceydon Sanço Avropanın top-klublarının maraq dairəsindədi.

"Daily Mail"-in xəbərinə görə, son olaraq "Liverpul" Sanço uğrunda mübarizəyə qoşulub. "Mersisaydlılar" artıq bu barədə "Borussiya"nı məlumatlandırıb.

"Liverpul" transferi həll etmək üçün baş məşqçi Yürqen Klopp Dortmund klubu ilə olan əlaqələrindən istifadə etmək istəyir.

Sançonun "Borussiya" ilə olan müqaviləsi 2022-ci ilin yayında başa çatır. Klubun ingilis futbolçuya görə minimum 100 milyon funt tələb edəcəyi bildirilir.

Qeyd edək ki, "Liverpul"la yanaşı, "Mançester Siti", "Mançester Yunayted", "Çelsi", "Real" və "Barselona" Sançonun xidmətində maraqlıdılar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR