"Liverpul" dünya çempionatında bu oyunçuların xidmətindən istifadə edəcək

"Liverpul" Qətərdə keçiriləcək Klublararası dünya çempionatı üçün iştirak ərizəsini açıqlayıb.

Siyahıya zədəlilər - Joel Matip və Fabinyonun adları daxil edilməyib:

Qapıçılar: Alisson, Adrian, Endi Lonerqan;

Müdafiəçilər: Vircil van Deyk, Deyan Lovren, Co Qomess, Endryu Robertson, Trent Aleksander-Arnold, Neko Vilyams;

Yarımmüdafiəçilər: Corcinyo Veynaldum, Ceyms Milner, Nabi Keyta, Cordan Henderson, Aleks Oksleyd-Çemberlen, Adam Lallana, Cerdan Şakiri, Kertis Cons, Harvi Elliot;

Hücumçular: Roberto Firmino, Sadio Mane, Məhəmməd Salah, Rayan Bryuster, Divok Oriqi.

"Liverpul" sözügedən turnirdə 18-21 dekabr tarixləri aralığında iki görüş keçirəcək. İştirak ərizəsinə adları daxil edilən futbolçular dekabrın 17-də Liqa Kuboku çərçivəsində "Aston Villa" ilə oynanılacaq matçı qaçıracaqlar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR