"Liverpul" Superkubokun qalibi oldu

44-cü UEFA Superkubokunun qalibi müəyyənləşib.

İstanbulda yerləşən "Beşiktaş Park" stadionunun ev sahibliyi etdiyi həlledici görüşdə Çempionlar Liqasının qalibi "Liverpul" və Avropa Liqasında çempionluq yaşayan "Çelsi" üz-üzə gəlib. Oyunda hesabı 36-cı dəqiqədə Olivye Jiru açıb. İkinci hissə başlar-başlamaz Sadio Mane matça tarazlıq gətirib. Əsas vaxt 1:1 hesablı bərabərliklə yekunlaşıb.
 
Əlavə vaxtda da komandalar hərəyə bir dəfə fərqləniblər. Mane dublunu rəsmiləşdirib. "Çelsi"nin heyətində isə Jorjinyo penaltini qola çevirib. 120 dəqiqəlik mübarizənin sonunda kubokun sahibini müəyyənləşdirmək mümkün olmayıb - 2:2. Belə olan halda, penaltilər seriyasına ehtiyac yaranıb. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Liverpul" tarixində 4-cü dəfə UEFA Superkubokunun qalibi olub.


UEFA Superkuboku

"Liverpul" (İngiltərə) - "Çelsi" (İngiltərə) - 2:2
 
Qollar: Mane (48, 95) - Jiru (36), Jorjinyo (101-penalti)
 
Penaltilər seriyası - 5:4

Baş hakim: Stefani Frappar (Fransa)

"Beşiktaş Park", İstanbul


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR