"Liverpul"a təzyiq etdilər, rəhbərlik fikrindən döndü

Liverpul əməkdaşlarını işdən çıxarmaqdan vaz keçib.
 
Sport7.az xəbər verir ki, bir neçə gün öncə klub əməkdaşlarını pulsuz məzuniyyətə göndərəcəyini açıqlamışdı. Bununla yanaşı onların məvaciblərinin 80 faizini, təxminən 2500 funt-sterlinq alacaqlarını, yəni maddi itki ilə üzləşməyəcəklərini bildirmişdi. 
 
Buna görə bir çox sabiq "Liverpul"lu futbolçu və azarkeş qrupları klubun öz dəyərlərinə hörmət etməməsi fikri ilə təzyiqlər göstərib. Rəhbərlik bu təzyiqlərə görə geri addım atmaq məcburiyyətində qalıb. 
 
"Liverpul"un rəhbəri Peter Mur, klubun internet saytına açıqlamasında "Məqsədimiz işçi çıxarmaq və ya maaş endirimi olmadan klub personalının işlərini qoruyub saxlamaq idi. Keçən həftə yanlış nəticəyə gəldiyimizə inanırıq və həqiqətən üzgünük" sözlərini işlədib. 
 
Mur əməkdaşları işdən çıxarmaq əvəzinə başqa alternativlər axtaracaqlarını da bildirib. 
 
Premyer Liqanın bəzi klubları da əməkdaşlarını işdən çıxaracaqlarını açıqlamışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR