"Liverpul"da qapıçı problemi: Azarkeş Adrianı zədələyib

"Liverpul"un qolkiperi Adrian Premyer Liqanın ikinci turu çərçivəsində "Sauthempton"la oynanılacaq matçda meydana çıxmaya bilər.

İspan qapıçı UEFA Superkuboku uğrunda "Çelsi" ilə oynanılan görüşdən sonra zədə alıb. Bu barədə baş məşqçi Yurqen Klopp məlumat verib:

"Çempionluğu qeyd etmək üçün meydançaya çıxan azarkeş Adrianın ayaq biləyinə zərbə endirib. Ötən gün ayağında şiş var idi. Bu gün Adrianla danışdım, vəziyyətinin daha yaxşı olduğunu dedi. "Sauthempton"a qarşı oynamaya bilər".

"Liverpul"un əsas qolkiperi Alisson da komandasına kömək edə bilməyəcək. Braziliyalı "Norviç" ilə oyunda topa zərbə endirməyə çalışarkən sürüşmüş və baldır əzələsindən zədə almışdı.

Adrian oynamayacağı təqdirdə, "qırmızılar"ın qapısını ya 20 yaşlı Kevin Kelleher, ya da 35 yaşlı Endi Lonerqan qoruyacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR