"Liverpul"un aparıcı müdafiəçisi meydanda məşqlərə başladı

"Liverpul"un futbolçusu Vircil van Deyk fərdi proqram əsasında məşqləri bərpa edib.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. Niderlandlı müdafiəçi uzunmüddətli zədədən sonra ilk dəfə meydanda hazırlıq keçib.

Ötən ilin oktyabrında Premyer Liqanın V turunun "Everton"la matçında (2:2) diz bağları qopan 30 yaşlı oyunçu bərpa prosesini davam etdirir.

Vircil van Deyk bunadək fitnes zalında çalışırdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR