"Liverpul" İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən oyunda "Vest Hem"i 3:2 hesabı ilə məğlub edib.
Beləliklə, Yürqen Kloppun yetirmələrinin İngiltərə çempionatındakı məğlubiyyətsiz oyunlar seriyası 44 matça çatıb.
Sözügedən göstərici üzrə "Liverpul" yalnız "Arsenal"dan geri qalır. "Topçular" 2003-2004-cü illər aralığında Premyer Liqada ardıcıl 49 oyunda məğlub olmayıb.
Sport7.az