Lixtenşteynin baş məşqçisi:

Lixtenşteynin baş məşqçisi: "İlk oyunda vəziyyət belə deyildi"

Sumqayıtda 21 yaşlı futbolçular arasında baş tutan Azərbaycan - Lixtenşteyn matçından sonra qonaqların baş məşqçisi Martin Stocklasanın mətbuat konfransı keçirilib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Həm Azərbaycanın, həm də bizim qol vurmaq üçün şanslarımız oldu. Oyun heç-heçə də başa çata bilərdi. Azərbaycan millisi daha ehtiyatlı oynadı. Amma bu komandalar arasında keçirilmiş ilk oyunda vəziyyət belə deyildi. Onda komandalar fərqi oyun nümayiş etdirmişdi.

Vaxtilə bura futbolçu kimi də gəlmişdim. O vaxtdan hər iki ölkənin yığma komandalarının inkişaf etdiyini, nəticələrini yaxşılaşdırdığını vurğulaya bilərəm. Azərbaycan millisinin hazırkı heyətində istedadlı futbolçular var”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR