"Lokomotivin" 4 futbolçusunun testi müsbət olub

Moskva "Lokomotiv"inin daha 4 futbolçusu koronavirusa yoluxub.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Belə ki, Dmitri Barinov, Anton Koçenkov, Timur Süleymanov və Roman Tuqarevin testləri müsbət nəticələnib. Sözügedən futbolçular dərhal təcrid olunaraq lazımi müalicəyə başlayıb.

Daha əvvəl "Lokomotiv"in hücumçusu Cefferson Farfanda da koronavirus aşkarlanmışdı.
 
Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR