Luis Enrike İspaniya millisindən getdi

Luis Enrike İspaniya millisindən getdi

İspaniya millisinin baş məşqçisi Luis Enrike postundan ayrılıb.

Yığma komandanı Enrikenin köməkçisi Robert Morenonun çalışdıracağı rəsmiləşib. Son üç matça 41 yaşlı mütəxəssisin rəhbərliyi altında çıxan "matadorlar" Malta (2:0), Farer adaları (4:1) və İsveç (3:0) üzərində qələbə qazanmışdılar.

Moreno daha əvvəl "Roma", "Selta" və "Barselona"da Enrikenin köməkçisi kimi çalışıb.

Qeyd edək ki, Luis Enrike ailəvi səbəblərdən İspaniya millisinin son üç görüşünü buraxmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR