Luis Enrike İspaniya millisinə qayıdır

Luis Enrike İspaniya millisinə qayıdır

İspaniya millisində növbəti baş məşqçi dəyişikliyi olacaq.

Jurnalist Sid Lounun xəbərinə görə, sabiq çalışdırıcı Luis Enrike yenidən işinin başına qayıdır. Roberto Morenonun müqaviləsi yaya kimi nəzərdə tutulsa da, İspaniya Futbol Federasiyası bu yöndə qərar qəbul edib.

Daha əvvəl Moreno açıqlamalarından birində dostluğun onun üçün hər şeydən üstün olduğunu və Luis Enrike qayıtmaq istəyəcəyi təqdirdə, postunu ona təhvil verəcəyini demişdi. Buna baxmayaraq, federasiya rəhbərliyinin 42 yaşlı mütəxəssisdən xəbərsiz Luço ilə əlaqə yaratması və anlaşması vəziyyəti gərginləşdirib. Morenonun Rumıniya ilə oyundan sonra göz yaşlarına hakim ola bilmədiyi bildirilir. O, hətta mətbuat konfransında da iştirak etməyib.

Qeyd edək ki, 2018-ci ilin iyun ayından bəri İspaniya millisində 5 baş məşqçi dəyişikliyi olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR