Luis Enrike İspaniya millisinə qayıtdı - Rəsmi

Luis Enrike İspaniya millisinə qayıtdı - Rəsmi

İspaniya millisində baş məşqçi dəyişikliyi reallaşıb.

Sözügedən post yenidən Luis Enrikeyə həvalə olunub. Bu barədə İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales məlumat verib.

Roberto Morenonun Enrikenin texniki heyətində yer almayacağı bildirilir.

Luis Enrike qızı Ksananın xəstəliyi səbəbindən yayda İspaniya yığmasından ayrılmışdı. Onun gedişindən sonra köməkçisi Roberto Moreno ilə müqavilə imzalanmışdı.

Daha əvvəl Moreno açıqlamalarından birində dostluğun onun üçün hər şeydən üstün olduğunu və Luis Enrike qayıtmaq istəyəcəyi təqdirdə, postunu ona təhvil verəcəyini demişdi. Buna baxmayaraq, federasiya rəhbərliyinin 42 yaşlı mütəxəssisdən xəbərsiz Luço ilə əlaqə yaratması və anlaşması vəziyyəti gərginləşdirib. Morenonun Rumıniya ilə oyundan sonra göz yaşlarına hakim ola bilmədiyi bildirilir. O, hətta mətbuat konfransında da iştirak etməyib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR