Luka Modriç

Luka Modriç "Golden Foot" mükafatını qazanıb (FOTO)

"Real"ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç "Golden Foot" mükafatına layiq görülüb.

"Golden Foot" yaşı 28 və 28-dən yuxarı olanlara futboldakı nailiyyətlərinə görə təqdim edilir.

Bu il mükafat uğrunda Modriçlə yanaşı, Lionel Messi ("Barselona"), Kriştianu Ronaldu ("Yuventus"), Tiaqo Silva (PSJ), Serxio Ramos ("Real"), Ueyn Runi ("Di Si Yunayted"), Serxio Aquero ("Mançester Siti"), Robert Levandovski ("Bavariya"), Corco Kyellini ("Yuventus") və Jerar Pike ("Barselona") mübarizə aparırdı.

Qeyd edək ki, ötən il PSJ-nin hücumçusu Edinson Kavani "Golden Foot"u qazanmışdı.
 


 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR