Lukaku rəsmən

Lukaku rəsmən "İnter"də (FOTO)

"İnter" yeni transferi - Romelu Lukakunu ictimaiyyətə təqdim edib.

Lukakunun müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. "Mançester Yunayted" belçikalı futbolçunun satışından 80 milyon avro gəlir əldə edib. Lukaku "İnter"də ilinə 9 milyon avro qazanacaq.

Lukaku karyerası ərzində "Anderlext", "Çelsi", "Vest Bromviç", "Everton" və "Mançester Yunayted"də çıxış edib. İngiltərə Premyer Liqasında 252 matçda meydana çıxan 26 yaşlı forvard 113 dəfə fərqlənməklə yanaşı, 42 qol ötürməsinin müəllifi olub.
 




Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR