Mahir Emreli:

Mahir Emreli: "Doğma meydanda ən yaxşısını etməyə çalışacağıq"

Yığmamızın hücumçusu Mahir Emreli Xorvatiya ilə oyundan əvvəl fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, futbolçu mətbuat konfransında bu fikirləri səsləndirib: "Bizi ağır oyun gözləyir. Rəqibin gücü bəllidir. Xorvatiya kimi komandaya qarşı oynamaq özü bizim üçün motivasiya olmalıdır. Doğma meydanda ən yaxşısını etməyə çalışacağıq. Bunu bacaracağımıza inanırıq. Onlarla ilk oyunda sensasiya etməyə yaxın idi. Bu dəfə niyə bunu etməyək? Əlbəttə, biz də qələbə qazanmaq, azarkeşlərimizi sevindirmək istəyirik. Xorvatlarla səfərdəki oyunda buna yaxın idik. Keçirdiyimiz oyunlar arasında ən uğursuz qarşılaşma kimi Slovakiya ilə görüşü qeyd edərdim”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR